İQTİSADİYYAT


SOCAR üç girov hesabına 202 milyon manat qoyub

Bakı, 9 iyul, AZƏRTAC

SOCAR və onun törəmə müəssisələri  üç girov hesabına ümumilikdə 202 milyon manat yerləşdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında deyilir. Bildirilir ki, 2017-ci il dekabrın 31-i tarixində məhdudlaşdırılmış pul vəsaitləri əsas etibarı ilə üç girov hesabından təşkil olunub. SOCAR və onun törəmə müəssisələri “Azərikimya” zavodunun modernizasiya prosesi ilə bağlı olan xarici alışlar üçün Azərbaycan Beynəlxalq Bankında girov kimi 129 milyon manat məbləğində məhdudlaşdırılmış pul vəsaiti yerləşdirib. Bundan əlavə, SOCAR və onun törəmə müəssisələri “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) 13 faiz səhmləri ilə əlaqədar Satış Opsionu Razılaşmasına uyğun olaraq “Goldman Sachs International”a ödəniləcək minimal ödəniş üçün zəmanət olaraq “Deutsche Bank”da 63 milyon manat (37 milyon ABŞ dolları) məbləğində məhdudlaşdırılmış pul vəsaiti yerləşdirib. Şirkət və onun törəmələrinin, həmçinin 10 milyon məbləğində akkreditiv üçün girov kimi saxlanılan hesabı mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.