İQTİSADİYYAT


SOCAR üçüncü rübdə neft hasilatını 10 faiz, qaz hasilatını 9 faiz artırıb

SOCAR üçüncü rübdə neft hasilatını 10 faiz, qaz hasilatını 9 faiz artırıb

Bakı, 14 oktyabr, AZƏRTAC

SOCAR 2021-ci ilin üçüncü rübündə qazma və hasilat üzrə artıma nail olub. Şirkət üzrə 20 min metrdən artıq qazma işi həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82 faiz çoxdur.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz çıxarılıb və beləliklə, SOCAR əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 10 faiz, qaz hasilatını isə 9 faiz artırıb. Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.