İQTİSADİYYAT
SOCAR və BP “Azəri-Çıraq-Günəşli”də hasilatın təbii düşmə tempinin qarşısının alınmasını müzakirə edib
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev BP qrupunun baş icraçı direktoru Robert Dadlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, görüşdə SOCAR-BP əməkdaşlığının perspektivləri, xüsusən “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın stabilləşdirilməsi, təbii düşmə tempinin mümkün dərəcədə qarşısının alınması məsələləri müzakirə olunub. Həmçinin yaxın müddətdə “Şəfəq-Asiman” perspektiv strukturunda kəşfiyyat qazmasının başlanılması ilə yanaşı, Azərbaycanda müxtəlif yataqların işlənməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Görüşdə beynəlxalq bazarlarda SOCAR və BP-nin birgə əməliyyatları, Cənub Qaz Dəhlizi çərçivəsində qazın nəqli və satışı perspektivləri, dünya neft-qaz bazarının hazırkı vəziyyəti, müşahidə edilən trendlər də müzakirə olunub.
Sonda R.Abdullayev BP qrupunun təqaüdə çıxmağa hazırlaşan baş icraçı direktoru R.Dadliyə SOCAR-ın xatirə hədiyyələrini təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]