İQTİSADİYYAT


SOCAR və “Total” şirkəti birgə layihələr barədə müzakirələr aparıb

SOCAR və “Total” şirkəti birgə layihələr barədə müzakirələr aparıb

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 5-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə SOCAR və “Total” şirkətlərinin həyata keçirdiyi birgə layihələr və mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Qeyd edək ki, “Total” şirkəti Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin səhmdarlarından biridir və Azərbaycanda “Abşeron” yatağının işlənməsində iştirak edir. Abşeron Petroleum Birgə Əməliyyat Şirkətinin (JOCAP) səhmləri SOCAR Absheron (50 faiz) və TOTAL E&P Absheron (50 faiz) şirkətləri arasında bərabər bölünüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.