CƏMİYYƏT


SOCAR vətəndaşları ehtiyatlı olmağa çağırıb

Bakı, 29 iyul, AZƏRTAC

Artıq müəyyən müddətdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə edilərək maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və sair ilə bağlı müxtəlif təkliflər edilir.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir.

SOCAR-ın adından istifadə edərək dələduzluqla məşğul olan şəxslərin şirkətə heç bir aidiyyəti yoxdur.

Şirkət onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır.

Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları “[email protected]” ünvanına göndərmələrini xahiş edirik.

SOCAR tərəfindən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Həmçinin vətəndaşlarımızın dələduzluq hallarının qurbanına çevrilməsinin qarşısını almaq məqsədilə media resursları və SOCAR-ın sosial şəbəkə hesabları vasitəsilə mütəmadi olaraq informasiyalar verilir. Məsələ ilə bağlı vətəndaşlar tərəfindən SOCAR-a edilən müraciətlər də dərhal cavablandırılır və onlar bu kimi dələduzluq hallarına dair ətraflı məlumatlandırılır.

Xatırladaq ki, SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir.

SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan vakant iş yerləri şirkətin elektron veb-səhifəsinin (www.socar.az) “Karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur. Müsabiqə qaydaları haqqında ətraflı məlumat həmin bölmədə yerləşdirilib.

Fürsətdən istifadə edərək, bir daha vətəndaşlarımızı bu məsələ ilə əlaqədar ehtiyatlı olmağa çağırırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.