CƏMİYYƏT
“SOSİAL SAHƏDƏ İŞİN NƏZƏRİYYƏ VƏ TƏCRÜBƏSİ” MÖVZUSUNDA KURSLAR KEÇİRİLƏCƏKDİR
Qafqaz Tədqiqat Resurs Mərkəzi “Avrasiya” Fondunun layihəsi çərçivəsində “Sosial sahədə işin nəzəriyyə və təcrübəsi” mövzusunda kurslar təşkil edəcəkdir.
Dinləyicilər sosial sahədə iş üçün zəruri bilik və səriştələr əldə edəcək, bu sahənin işçiləri üçün vacib olan dəyərlər və prinsiplərlə tanış olacaqlar. Bundan əlavə, kurslar texniki biliklərə yiyələnməyə və gələcək fəaliyyətin istiqamətini müəyyənləşdirməyə imkan verəcəkdir. Mühazirələrdə insanla cəmiyyət arasında qarşılıqlı fəaliyyətə, iqtisadi və sosial ədalətin vacibliyinə xüsusi diqqət yetiriləcəkdir.
Kurslar başa çatdıqdan sonra daha çox fərqlənən dinləyicilərə Mərkəzin sertifikatları təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]