Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“SOSİAL SIĞORTA HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININQANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 348; 1999-cu il, №11, maddə 609; 2000-ci il, №11, maddə 776; 2001-ci il, №9, maddə 576, №12, maddələr 733, 736; 2002-ci il, №12, maddə 706; 2004-cü il, №7, maddə 505; 2004-cü il, №12, maddə 976; 2005-ci il, №1, maddə 2) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 1-ci maddədə “vətəndaşların” sözü “fiziki şəxslərin” sözləri ilə əvəz edilsin.

2. 4-cü maddənin ikinci hissəsinə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:

“işsiz olmaq (qanunvericiliklə müəyyən olunmuş dövr üçün).”.

3. 6-cı maddənin birinci hissəsinin ikinci abzasında ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq” sözləri “Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən” sözləri ilə əvəz edilsin, “(sosial sığorta)” sözləri çıxarılsın.

4. 6-cı maddənin birinci hissəsinin üçüncü abzasında “dövlət” sözü “əmək” sözü ilə əvəz edilsin.

5. 8-ci maddənin üçüncü hissəsində “habelə” sözündən sonra “özünü və ya” sözləri əlavə edilsin.

6. 10-cu maddənin ikinci hissəsinin dördüncü abzası çıxarılsın və beşinci abzas dördüncü abzas hesab edilsin.

7. 10-cu maddənin ikinci hissəsinin dördüncü abzasında “vəsaitlərin hərəkətinin” sözləri “haqlarının” sözü ilə əvəz edilsin.

8. 10-cu maddənin ikinci hissəsinə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək;”.

9. 12-ci maddədə “vətəndaşlığı olmayan şəxslər;” sözlərindən sonra “Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər;” sözləri əlavə edilsin, “, dövlətlərarası sazişlərə uyğun olaraq əcnəbilər” sözləri çıxarılsın.

10. 14-cü maddənin ikinci hissəsində “əməyin ödənişi fonduna” sözləri “əmək ödənişinə” sözləri ilə əvəz edilsin.

11. 14-cü maddənin üçüncü hissəsinin üçüncü abzasında “pensiya hesablanması üçün təsdiq olunmuş orta” sözləri “müəyyən olunmuş minimum” sözləri ilə əvəz edilsin.

12. 14-cü maddənin üçüncü hissəsində on birinci abzas çıxarılsın və on iki – on dördüncü abzaslar müvafiq olaraq on bir – on üçüncü abzaslar hesab edilsin.

13. 14-cü maddənin üçüncü hissəsinin on birinci abzasında “fiziki şəxslər üçün” sözlərindən sonra “ödəmə mənbəyindən tutulmaqla” sözləri əlavə edilsin.

14. 14-cü maddənin üçüncü hissəsinin on ikinci abzasında “müqavilələrlə işləyənlər üçün” sözlərindən sonra “(sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla” sözləri əlavə edilsin, “gəlirlərin 20 faizi miqdarında” sözləri “ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 80 faizi miqdarında” sözləri ilə əvəz edilsin.

15. 14-cü maddənin üçüncü hissəsinin on üçüncü abzasında “sahibkarlıq fəaliyyəti ilə məşğul olan” sözlərindən sonra “və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı ödəməyən” sözləri əlavə edilsin, “ötən ilin orta aylıq əmək haqqının 20 faizi” sözləri “müəyyən edilmiş minimum aylıq əmək haqqının 80 faizi” sözləri ilə əvəz edilsin.

16. 14-cü maddənin dördüncü, beşinci və altıncı hissələri aşağıdakı redaksiyada verilsin:

“Ticarət, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 70 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə 40 faizi məbləğinin:

Bakı şəhərində 100 faizi,

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,

respublika tabeli digər şəhərlərdə 80 faizi,

rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi,

kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir.

Ödəmə mənbəyindən qonorar ödəyən hüquqi və fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı qonorarın hesablandığı aydan sonrakı ayın 15-dək ödənilir.”.

17. 14-cü maddənin səkkizinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqqı sığortaedənin müraciətinə əsasən geri qaytarılır.”.

18. 14-cü maddənin doqquzuncu hissəsi çıxarılsın.

19. 15-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır:

iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr;

qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri;

işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər;

əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;

istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;

təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;

aliment ödənişləri, donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq;

məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri;

müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri;

sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqları, 5 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 5 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər;

muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği);

yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri;

dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;

işəgötürənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət;

köçürmə yolu ilə başqa yerlərə işləməyə göndərilən işçilərə köçürülmə və kirayə xərclərinin əvəzi üçün ödənilən kompensasiya;

yubiley tarixlərinə görə yubilyara ödənilən birdəfəlik xarakter daşıyan mükafatlar;

rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqı;

fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (işəgötürənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əmək haqqı fondu (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası müddətində)”.

20. 16-cı maddədə ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən “Məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında” Əsasnamə və digər normativ hüquqi aktlar ilə” sözləri “Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə” sözləri ilə əvəz edilsin.

21. 17-ci maddənin adından “Məcburi dövlət” sözləri çıxarılsın və həmin maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Bu Qanunun 6-cı maddəsində nəzərdə tutulan sosial sığorta ödəmələri sığorta olunanlara bilavasitə sığortaçı tərəfindən verilir.”.

22. 18-ci maddənin beşinci və onuncu abzasları aşağıdakı redaksiyada verilsin:

“qanunvericiliklə müəyyən olunmuş qaydada kameral və səyyar yoxlamalar aparır;”;

“Azərbaycan Respulikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlanılmadan işəgötürən tərəfindən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilən işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortasına cəlb edir;”.

23. 21-ci maddənin birinci hissəsinin ikinci abzasında “sosial sığorta haqqının 5 faizi məbləğində” sözlərindən sonra “, hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda şərti maliyyə vahidinin 20 misli miqdarında” sözləri əlavə edilsin.

24. 21-ci maddənin birinci hissəsinin üçüncü abzasında “sosial sığorta haqqının 10 faizi məbləğində” sözlərindən sonra “, hesabat dövrü üçün hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda şərti maliyyə vahidinin 40 misli miqdarında” sözləri əlavə edilsin.

25. 21-ci maddənin birinci hissəsinin beşinci abzası çıxarılsın, altı-doqquzuncu abzaslar müvafiq olaraq beş-səkkizinci abzaslar hesab edilsin və beşinci abzasda “sığorta vəsaitlərinin” sözləri “sığorta haqlarının” sözləri ilə, “vəsaitlər bərpa olunmaqla onun” sözləri “vəsaitlərin” sözü ilə əvəz edilsin.

26. 21-ci maddənin birinci hissəsinin səkkizinci abzasında “məcburi dövlət sosial sığorta haqları əmək haqqı ödənişləri ilə eyni vaxtda həyata keçirilmədiyi halda, habelə” sözləri çıxarılsın və “köçürmə əməliyyatı apardığına görə -“ sözlərindən sonra “kredit təşkilatlarına” sözləri çıxarılsın, həmin abzasda “10 faizi miqdarında” sözlərindən sonra “bank və ya digər kredit təşkilatlarına” sözləri əlavə edilsin.

27. 21-ci maddənin birinci hissəsinə aşağıdakı məzmunda doqquzuncu və onuncu abzaslar əlavə edilsin:

“bu Qanunun 14-cü maddəsi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqları üzrə borcların alınması üçün banka və ya digər kredit təşkilatlarına sərəncamın verildiyi tarixdən sığortaedən tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 10 faizi miqdarında;

məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanında uçota alınması barədə sənəd olmadan sığortaedənlərə hesablaşma hesabı və ya digər hesablar açdığına görə – hər açılmış hesab üçün bank və ya digər kredit təşkilatlarına şərti maliyyə vahidinin 400 misli məbləğində;”.

28. 21-ci maddənin iki-səkkizinci abzaslarında “cərimə” sözü çıxarılsın.

29. 21-ci maddənin birinci hissəsinin onuncu abzası on birinci abzas hesab edilsin və aşağıdakı redaksiyada verilsin:

“sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə – gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya.”.

30. 21-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş məcburi dövlət sosial sığorta haqqına penya həmin məbləğin sığortaedənə hesablandığı gündən tətbiq edilir.”.

31. 21-ci maddənin ikinci hissəsi üçüncü hissə hesab edilsin və aşağıdakı redaksiyada verilsin:

“Maliyyə sanksiyaları üzrə borclar bu Qanunun 14-cü maddəsinə uyğun olaraq tutulur.”.

32. 21-ci maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta qaydalarının bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir.”.

II. Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin