Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“SOSİAL SIĞORTA HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 348; 1999-cu il, № 11, maddə 609; 2000-ci il, № 11, maddə 776; 2001-ci il, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002-ci il, № 12, maddə 706; 2004-cü il, № 7, maddə 505, № 12, maddə 976; 2005-ci il, № 1, maddə 2, № 12, maddə 1082; 2006-cı il, № 11, maddə 923, № 12, maddə 1018; 2007-ci il, № 1, maddə 4) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 12-ci maddədə “hərbi qulluqçular və xüsusi rütbəli şəxslər” sözlərindən sonra “(müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilsin.

2. 13-cü maddənin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanında onun uçota alınması barədə sənəd” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat” sözləri ilə, 21-ci maddənin birinci hissəsinin onuncu abzasında “müvafiq icra hakimiyyəti orqanında onun uçota alınması barədə sənəd” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat” sözləri ilə əvəz edilsin.

3. 14-cü maddənin üçüncü hissəsinin ikinci abzasında “əməyin ödənişi fondunun” sözlərindən sonra “və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin” sözləri əlavə edilsin.

4. 14-cü maddənin üçüncü hissəsinin doqquzuncu abzasında “hərbi qulluqçular” sözlərindən sonra “və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilsin.

5. 14-cü maddənin dördüncü hissəsinin birinci abzasında “Ticarət, nəqliyyat və tikinti sahələrində” sözləri “Ticarət və tikinti sahələrində” sözləri ilə, “70” rəqəmi “50” rəqəmi ilə, “40” rəqəmi isə “20” rəqəmi ilə əvəz edilsin.

6. 14-cü maddənin beşinci hissəsində “2” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin.

7. 15-ci maddənin on altıncı abzasının əvvəlinə “dövlət orqanları tərəfindən” sözləri əlavə edilsin.

8. 15-ci maddənin on yeddinci abzası çıxarılsın.

9. 15-ci maddənin iyirminci abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin, aşağıdakı məzmunda iyirmi birinci və iyirmi ikinci abzaslar əlavə edilsin:

“hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə verilən və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən təminat xərcliyinə (pul təminatına) daxil edilməyən ödənişlər;

əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar.”.

10. 21-ci maddənin birinci hissəsinin yeddinci abzasında “ölkə üzrə əvvəlki ilin orta aylıq əməkhaqqının 50 faizi məbləğində” sözləri “şərti maliyyə vahidinin 50 misli miqdarında” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin