CƏMİYYƏT


“SOS Uşaq Kəndi”ndə Beynəlxalq Sülh günü qeyd edilib

Bakı, 25 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzinin iştirakı ilə “SOS Uşaq Kəndi”ndə Beynəlxalq Sülh günü ilə əlaqədar tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin şöbə müdiri Pənah İmanov BMT-nin elan etdiyi yeganə rəsmi bayram olan Beynəlxalq Sülh Gününün əhəmiyyəti barədə danışıb, sülhün bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri olduğunu diqqətə çatdırıb.

Tədbir çərçivəsində çıxış edən “Səma” rəqs ansamblı, “İnci” qrupu, “As” və “Meqas” estrada qruplarının çıxışları uşaq kəndinin sakinlərinin böyük marağına səbəb olub.

Şən məzhəkəçilərin təşkil etdiyi müxtəlif oyun və viktorinalar əyləncəli xarakter daşıyıb və uşaqların yaddaşında xoş izlər buraxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.