CƏMİYYƏT


SOS Uşaq Kəndləri milyonlarla “gözəgörünməz” uşağın fəlakətli vəziyyəti barədə xəbərdarlıq edir

Lissabon, 12 sentyabr, AZƏRTAC

SOS Uşaq Kəndləri dünyada milyonlarla yetkinlik yaşına çatmayan uşağın fəlakətli vəziyyəti barədə əhalinin məlumatlandırılması üzrə rəqəmsal kampaniyanı 80 ölkədə işə salmaqla Uşaq Hüquqları Konvensiyasının 30-cu ildönümünü qeyd edir.

London və İordaniyada qeydiyyata alınmış “Iseeyou” (Mən sizi görürəm) adlı kampaniya “gözəgörünməz” uşaqların fəlakətli vəziyyəti barədə xəbərdarlıq edir. Təşkilatın 1964-cü ildən Portuqaliyada fəaliyyət göstərən nümayəndəliyində bildiriblər: “Cəmiyyəti xəbərdar etmək vacibdir ki, o, baxımsız qalmış, zorakılıqla üzləşmiş, atılmış, yaxud qaçqın vəziyyətində olan uşaqların vəziyyətini görməzdən gəlməsin”.

Kampaniyanı dəstəkləmək üçün videonu (“hasthag” #iseeyou ilə) sosial şəbəkələrdə paylaşmaq, yaxud ianə etmək olar.

Portuqaliya nümayəndəliyi yaradılandan etibarən sərəncamındakı üç kənddə - Kaşkayş (Bises), Quarda və Vila-Nova-e-Qayya (Qulpilhares) kəndlərində minlərlə uşağı və gənci dəstəkləyib. Hazırda bu kəndlərdə yüz uşaq və gənc yaşayır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.