Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

SOVET SİSTEMİNİN SÜQUTU VƏ PARTİYA REJİMİNİN LƏĞVİSİZİN GÜNDƏLİK HƏYATINIZA NECƏ TƏSİR GÖSTƏRİR?

                                       Valdas ADAMKUS

                               Litva Respublikasının Prezidenti

 

        - Əminəm  ki, tarixdən yaxşı hakim yoxdur. O isə əyani və birmənalı şəkildə göstərdi ki, SSRİ-nin süqutu labüd idi. Bunu o dövrün həm siyasi, həm də iqtisadi gerçəkliyi tələb edirdi. Avqust qiyamı hadisələrin gedişini yalnız sürətləndirdi.

        İnanmıram ki, SSRİ-ni xilas etmək mümkün olardı. Axı, o, avqust hadisələrindən əvvəl də artıq başqa cür idi. Litva hələ 1990-cı ilin yazında müstəqilliyini elan etmişdi və 1991-ci ilin yanvarında öz azadlığını qanı bahasına qorumuşdu. Bu yolu seçdikdən sonra daha geri qayıtmırlar. Arzu edərdim ki, Rusiyanın insanları da geriyə dönməsinlər, əksinə, demokratik prinsiplərə əsaslanan azad, açıq dövlət qursunlar. 1991-ci il hadisələrində “Obşşaya qazeta”nın əhəmiyyətli rolunu xatırlayaraq inanıram ki, qəzet Rusiyanın gələcəyinin yaradılmasına bundan sonra da sanballı kömək göstərəcəkdir.

 

                                           Heydər ƏLİYEV

                               Azərbaycan Respublikasının Prezidenti

 

- Belə bir fikir var ki, Moskvada 1991-ci ilin avqust hadisələri olmasaydı, sovet respublikaları müstəqillik əldə etməzdilər. Lakin Sovetlər İttifaqının dağılması prosesi avqustdan bir neçə il əvvəl başlamışdı. Bəzi respublikalarSSRİ-nin tərkibindən çıxmaq və tam müstəqillik məsələsini qiyamdan xeyli əvvəl qaldırmışdılar. Qorbaçov və onun ətrafındakılar hadisələrin tarixi gedişinə hər vastitə ilə müqavimət göstərir, İttifaqın yenidən qurulmasının müxtəlif ssenarilərini uydururdular. 1991-ci il martın 17-də SSRİ-nin saxlanılması məsələsinə dair referendum keçirdilər.

Xatirimdədir, deputatlar respublika Ali Sovetinin sessiyasında mənim çıxışımı son dərəcə pis qarşılamışdılar. Sessiyada mən referendum keçirilməsinin qəti əleyhinə çıxdım. Naxçıvan Muxtar Respublikasından deputat kimi mən Azərbaycanın referendumda iştirakına etiraz etdim. Dedim ki, obyektiv proseslər Sovetlər İttifaqının dağılmasına, respublikaların müstəqillik əldə etməsinə doğru aparır və Azərbaycan da bu yolla getməlidir. Deputatların əksəriyyəti mənim çıxışımı mənfi qarşıladı. Hətta səsvermənin nəticələri də yadımdadır: 40 nəfər referendum keçirilməsinin əleyhinə oldu, bir neçə adam bitərəf qaldı, mütləq çoxluq isə - respublikanın o vaxtkı başcısı Mütəllibovun təxminən 350 tərəfdarı referendumun keçirilməsinə səs verdi.

Əvvəlcə, ümumiyyətlə, mənim sessiyaya gəlməyimə mane olmağa çalışdılar. Çıxış etdiyim zaman isə qəsdən hay-küy salır, çəpik çalır, hər vasitə ilə məni çaşdırmağa çalışırdılar. Tribunadan düşməyə macal tapmamışdım ki, iqtisad elmləri doktoru Ziyad Səmədzadə oraya qalxdı. Sözünə ondan başladı ki, bilirsiniz, Əliyev tanınmış şəxsiyyətdir, lakin onun fikri ilə razı deyiləm, o, oriyentirləri, reallıq hissini itirmişdir və sair. Çıxış üçün mənə heç 10 dəqiqə də vaxt verməmişdilər, o isə yarım saatdan çox danışdı. O, həyəcan keçirirdi, tez-tez su içirdi – qrafindən stəkana su tökərkən əlləri əsirdi.

Hər halda, Azərbaycanda referendumu keçirdilər. Məlumat göndərdilər ki, əhalinin az qala 90 faizi SSRİ-nin saxlanılmasına səs vermişdir. Təkcə Naxçıvan Muxtar Respublikası referendumdan tamamilə imtina etdi. Biz Naxçıvan Ali Sovetinin deputatları ilə bir yerə toplaşdıq və qərar qəbul etdik ki, referendum keçirilməsin. Bütün seçki məntəqələri ləğv olundu.

Ancaq, şübhəsiz, 1991-ci ilin avqust hadisələri İttifaqın dağılması proseslərini sürətləndirən kulminasiya nöqtəsi idi. Mən Dövlət Fövqəladə Vəziyyət Komitəsi (DFVK) üzvlərinin hərəkətlərini dərhal, özü də çox kəskin şəkildə pislədim. Xatirimdədir, televizorda onlara baxırdım və yazığım gəlirdi. Azərbaycanın o vaxtkı rəhbərliyi isə qiyamçıları dəstəklədi. O günlərdə bütün respublikadaDFVK-nı dəstəkləmək üçün yığıncaqlar keçirilirdi, yüksək vəzifəli şəxslərin kabinetlərində isə tələm-tələsik Qorbaçovun portretlərini çıxarırdılar...

Bir sözlə, 1991-ci ilin avqustu çox mühüm rol oynadı. Sonra  isə Belovejskaya puşşadaüç prezidentin görüşü oldu və onlar SSRİ-nin varlığına son nöqtəni qoydular. Yadımdadır, bəzi respublikaların liderləri – adlarını çəkməyəcəyəm, onlar indi prezident, dövlət başçılarıdır – necə hiddətlənmişdilər. Yəni ki, belə şeylər nə üçün bizdən gizlin, bizim iştirakımız olmadan baş verir?

Sovetlər İttifaqı dağılmağa məhkum idi, onu qoruyub saxlamaq mümkün deyildi. Can verməkdə olan orqanizmin ömrünü yalnız bir qədər uzatmaqdan söhbət gedə bilərdi.

Çox mürəkkəb, çətin, ziddiyyətli dövr idi. Keçmiş İttifaqın əhalisinin əksəriyyəti tam şaşqınlıq içində idi: kimə inanmalı, necə düzgün istiqamət götürməli, öz mövqeyini necə müəyyənləşdirməli. Hesab edirəm ki, onda mətbuat  böyük rol oynadı. Olduqca diqqətəlayiq haldır ki, DFVK-nın üzvləri senzura qoyduqda, bir çox dövri nəşrləri qadağan etdikdə “Obşaya qazeta” meydana gəldi. Söz azadlığının boğulmasına qarşı etiraz əlaməti kimi, ölkədə demokratik  proseslərin inkişafını dəstəkləyən bir qəzet kimi meydana gəldi. Mənə xoşdur ki, “Obşaya qazeta”  ənənələrini bu gün də qoruyub saxlayır. Bilirəm ki, bu günlər o, yubileyini –  yaranmasının 10-cu ildönümünü qeyd edir. “Obşaya qazeta”nın bütün kollektivini təbrik edirəm, arzum budur ki, o, həmişə demokratiya, azadlıq mövqelərində dursun, bütün bu müddət ərzində qəzetin fəaliyyətinin, həqiqətən də, əsası olmuş prinsiplərdən çəkilməsin.

                                       Vladimir VORONİN

                           Moldova Respublikasının Prezidenti

- Keçmiş Sovet İttifaqı respublikalarının müstəqillik əldə etməsi qiyamın nəticəsi deyil, daha uzun bir dövrün yekunu idi. Novooqaryovo sazişlərinə görə, Sovet İttifaqı onsuz da başqa dövlət qurumu şəklində yenidən təşkil edilməli idi, elə bir qurum ki, o, formaca və məzmunca indiki MDB-ni xatırladardı. Əslində o vaxtkı liderlər ayrılmanın, necə deyərlər, layihəsini hazırlamışdılar və  hamısı öz dövlətlərini qurmaq xətti götürmüşdü.

Amma SSRİ birmənalı şəkildə süquta məhkum deyildi. Onun dağılması o vaxtkı hakimiyyət orqanlarının volyuntarizmi ilə, İttifaq rəhbərliyinin 1988-ci ildən sonrakı səhv və qərəzli əməlləri ilə izah edilir. 70 ildən artıq bir dövrdə baş vermiş bütün hadisələrə rəğmən, SSRİ hələ möhkəm idi. Bugünkü rəylər buna sübutdur. Müstəqil Dövlətlər Birliyinin yaradılması və onun özünün varlığı bizə SSRİ-dən miras qalmış əlaqələrəəsaslanır. Ötən on ildə, demək olar, hər şeyin məhv edilməsinə və oğurlanmasına baxmayaraq, biz hələ davam gətiririk, əvvəlkitək bir-birimizi dəstəkləyirik, çünki Sovet İttifaqında respublikalar arasında qarşılıqlı fəaliyyətin yaxşı sahmanlanmış mexanizmi var idi. O ki qaldı bütün postsovet məkanında demokratikləşməyə, hər şeyi daha sivilizasiyalı şəkildə, indi hər yerdə hiss etdiyimiz və MDB məkanında qarşılıqlı fəaliyyətimizin səmərəliyinə xeyli dərəcədə mənfi təsir göstərən itkilər olmadan etmək mümkün idi.

Robert  KOÇARYAN

                               Ermənistan Respublikkasının Prezidenti

 - Zənnimcə,1991-ci ilin avqust qiyamı SSRİ-nin dağılması prosesini ancaq sürətləndirdi. Bəlkə də süqutunun müddəti, habelə inteqrasiyanın miqyası və dərinliyi bir qədər başqa cür ola bilərdi, lakin bu, qarşısıalınmaz proses idi.

Xatırlanmaq yerinə düşən ki, “ Obşşaya qazeta ” nin yubileyinin başlanğıc nöqtəsi 1991-ci ilin avqust qiyamıdır. Təbrik edərək vurğulamaq xoşdur ki, yubilyar ölkənin ağır vəziyyətində azad sözün və demokratiyanın müdafiəçisi kimi nadir bir texnologiya ilə yaranmışdı.

                                                               Yuri Lujkov

                                                             Moskvanın meri

 -Məncə, 1991-ci ilin avqustunun başlıca xidməti bundadır ki, o , totalitar dövrə son qoydu. Söz azadlığı, başqa azadlıqlar, fikir plüralizmi ( doğrudur, çox vaxt məsuliyyətsiz sərsəmləməyə keçən plüralizm ), yuxarıdan və ucdantutma sırınan idealogiyanın olmaması – bütün təbii qüsurları ilə birlikdə müsbət tarixi nəticədir.

Qalan bütün nailiyyətlər nisbidir.....

Əlbəttə ,Moskva müstəqillik qazandı, şəhər ən müxtəlif istintaqlar üzrə təşəbbüs hüququna malikdir. Amma fəaliyyət azadlığının dərəcəsi, təəssüflər olsun, heyrətimiz surətdən dəyişkəndir. Fəaliyyət azadlığı dövlətin müxtəlif yenilikləri ilə daim pozulur. Yəni , yerlədə yaradıcılıq sabit inkişafı yoxdur. Hazırda bütün dünyada reqionların müstəqilliyi güclənir – hər şeydən əvvəl ona görə ki, tərrəqi idarəetmənin vəzifələrinin həmişə çətinləşdirir. Əlbəttə, heç kim dövlətin rolunu şübhə altına almır. Amma qəribə işdir: dövlətin rolunun tamamiləəsaslandırdığı  və zəzuri olduğu yerlərdə sahənin demokratikləşdirilməsi, yenidən qurulması barədə ardı-arası kəsilməyən müzakirələr gedir. Məsələn, əyani bir misal.

Rusiyanın Vahid Energetika Sistemi Səmdar Cəmiyyətinin rəhbərliyi islahatının məqsədini bütün sistemi istehsal edən və ötürücü qüslərə bölməklə, onları özəlləşdirməkdə özlərində dispetçer funsiyalarını saxlamaqda görür. Bu isə Rusiya üçün  fəlakətdir! Məsuliyət tamamilə yox olacaqdır. Mən çoxsaylı suallarımdan birinə belə bir dəfə də olsun cavab almamışam. Məsələn, gərginliyin tezliyinə kim cabdeh olacaqdır? Moskvalıların istiliklə və enerjisi ilə təmin edilməsinə görə konkret olaraq kim məsuliyət daşıyacaqdır? Bunların cavabını eşidirəm : bilirsinizmi, sərmayəçilər gələcəklər. Biz görürük, onlar necə gəlirlər və nələr edirlər. Əlbəttə, gəlmək, tarifləri kəskin surətlə qaldırıb hamının qaqını sormaq, ahalini yoxsulluğa duçar etmək və heç bir sanballı sərmayə qoymadan mənfəət götürmək olar.

Mənim ( nəzərə çarpdırıram – bazar iqtisadiyatinin qatı tərafdarının ) konsepsiyam isə ona əsaslanır ki, Rusiyanın Vahid Enerqetika Sistemi Səhmdar Cəmiyyəti dövlət strukturu olaraq qalmalıdır . Ona görə ki, bizim Rusiya şərayətində, şimal Ölkəsində sistemin parçalanması insan həyatının istiliklə və elektrik enerjisi ilə təmin edilməsində gözlənilməz fasilələrə gətirib çıxara bilər.

Məsələn, mən Andrey İllarionovun mövqeyinə şərikəm. O, bazar iqtisadiyyatı tərəfdarlarının radikal tipinə mənsubdur, buna baxmayaraq,  belə “islahat”ın ölkəyə nə kimi təhlükə yaradacağını başa düşür.

İndi elə adamlar var ki, onlar “Avqust qiyamının təşkilatçıları nə istəyirdilər?” sualına belə cavab verirlər: DFVK qayda-qanun yaratmaq istəyirdi.

Amma qayda-qanunla qayda-qanunda fərq var. Bəli, dövlətdə hakimiyyət güclü olmalıdır, bununla bərabər isə, o, dövlətin aşağı pillələrinə, regionlara, şəhərlərə, yerli sovetlərə təsərrüfat müstəqilliyi üçün tam sərbəstlik verməlidir... Hər bir regionun sərbəstliyə malik olaraq, inkişaf mənbələrini özü tapması üçün aşağılara maksimum miqdarda səlahiyyətlər verilməsinə dair tədbirlər optimallaşdırılmalıdır - əgər ölkənin iqtisadiyyatından danışmalı olsaq, onda ən başlıca vəzifə, bax, bundan ibarətdir. İndi bu məsələ həll edilmir. Təsərrüfat azadlıqları hər tərəfdən (hökumət, Dövlət Duması və i.a.) məhdudlaşdırılır. Məsələn, artıq gələn il biz qiymətli kağızlarımızın istiqraz vərəqələrini Qərbdə yerləşdirə bilməyəcəyik.  Bu, kimə mane olurdu? Biz bir neçə il idi istiqraz vərəqələrini orada yerləşdirirdik, kredit ehtiyatları, demək olar, pul alırdıq. Bu vəsait hesabına Sosial məsələləri həll edirdik.  Deməliyəm ki, Qərbdə Moskvaya olduqca böyük etimadla yanaşırlar. Biz xarici kapitaldan asılı vəziyyətə düşmürük. Ona görə ki, kreditləri  vaxtlı-vaxtında ödəməyə qadirik. Hakimiyyətin isə dotasiyada olanlar üçün də, kreditləriödəmək qabiliyyətli olanlar üçün də eyni bir arşını var. Belə olan halda təsərrüfatçılıq təşəbbüsü necə inkişaf edə bilər? Əgər  Moskva bazar islahatları və sosial islahatlar baxımından irəliləmişsə, onda nə üçün o, geridə qalan regionlar səviyyəsində işləməlidir? Bax, ona görə də belə çıxır ki, bizdəsanki bazar iqtisadiyyatı var, amma o, nə isəayrı  şəkildədir...

 

                                               “Obşaya qazeta”, 16 avqust

                                                       2001-ci il  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb