SİYASƏT


SOYDAŞIMIZ UKRAYNA HÖKUMƏTİNİN ÜZVÜ TƏYİN OLUNMUŞDUR

Ukrayna Prezidenti Leonid Kuçmanın 2002-ci il 17 may tarixli fərmanı ilə Elbrus Fərman oğlu Abdullayev Ukrayna nəqliyyat nazirliyinin dövlət katibi təyin edilmişdir. 

Ukrayna dövlət quruculuğu sistemində Nazirliyin bütün fəaliyyəti dövlət katibi tərəfindən idarə olunur. Dövlət katibi və onun müavinləri yalnız prezident tərəfindən təyin olunur və ya vəzifədən azad edilir. Elbrus Abdullayev bu vəzifəyə təyin edilməmişdən əvvəl Ukraynanın qərb vilayəti olan Rovno vilayətinin başçısının (qubernatorun) müavini işləmişdir. Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə Elbrus Abdullayev Ukrayna Azərbaycanlıları Konqresinin fəal nümayəndələrindən biri kimi iki dost dövlət arasında münasibətlərin daha da möhkəmləndirilməsində yaxından iştirak edir.

Zeynal Ağazadə

AZƏRTAC-ın ştatdankənar müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.