SİYASƏT
SOYDAŞLARIMIZ ALMANİYADA “KÖRPÜ” JURNALI BURAXACAQLAR
Bəzi müxalifət nümayəndələrinin Almaniya mətbuatında Azərbaycan əleyhinə materiallar dərc etdirmələrindən təəssüf hissi ilə danışan Nuridə Atəşi dedi ki, mən işimlə əlaqədar olaraq, həmin materialları tərcümə edərkən xəcalət çəkirəm. Orada bizimkilər qədər öz dövlətinə qənim kəsilən ikinci bir müxalifət görmədim. Leyla Yunus və digərləri Almaniyada nəşr olunan “Güzgü”, “Yeni Almaniya” və “Berlin” qəzetlərində mütəmadi çıxış edərək ölkəmizin beynəlxalq imicinə ləkə vururlar. Bütün bunların qarşısını almaq məqsədi ilə jurnalist həmkarlarını mübarizəyə, müxalifət nümayəndələrini isə vicdanlı olmağa çağırdı. O, öz işləri barədə də məlumat verərək dedi ki, bu yaxınlarda Almaniyadakı soydaşlarımız Nizami Gəncəvi adına Mədəniyyət İnstitutu təsis ediblər. İnstitutun nəzdində müxtəlif tərcümə və araşdırma mərkəzləri, həmçinin kitabxana fəaliyyət göstərəcəkdir. Bu qurumun özəlliyi ondadır ki, soydaşlarımız almanları da institutun işinə cəlb edə bilmişlər.
Bundan əlavə, soydaşlarımız “Körpü” jurnalı da buraxacaqlar. Jurnal vasitəsilə Azərbaycan həqiqətləri, xalqımızın tarixi, milli-mənəvi dəyərləri və başqa məsələlər barədə Almaniya oxucularına məlumat veriləcəkdir. Jurnalın hər nömrəsində xüsusi olaraq Qarabağ səhifəsi yerləşdiriləcəkdir.