SİYASƏT
SOYDAŞLARIMIZ XEYRİYYƏ MARAFONUNUN HAZIRLANMASI VƏ KEÇİRİLMƏSİNDƏ İŞTİRAK ETMİŞLƏR
Daşkəndin “Türküstan” sarayında beynəlxalq əlillər günü münasibətilə “Mehrcan-2002” adlı xeyriyyə marafonu keçirilmişdir. Özbəkistandakı uşaq evlərinin, internat məktəblərin rəqs qrupları dünya xalqlarının mahnı və rəqslərini ifa etmiş, Özbəkistanın estrada ulduzları öz nəğmələri ilə uşaqları sevindirmişlər.
Marafonun hazırlanmasında soydaşlarıımızın, - “Mehrcan” Hamilər Şurasının həmsədri, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbovun və rəqs qruplarının ümumi rəhbəri, əməkdar artist Kövkəb Əliyevanın böyük əməyi olmuşdur. Kövkəb xanımın rəhbərlik etdiyi “Mehrcan” Azərbaycan mahnı və rəqs ansamblı da konsertdə iştirak etmişdir. Festivalın sponsorlarından biri isə Daşkənddəki “Elektrofon” Azərbaycan-Özbəkistan birgə müəssisəsinin direktoru Teyyub Səfərov idi.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd