İQTİSADİYYAT


SOYQIRIMI CİNAYƏTLƏRİ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar keçirilən yığıncaq faciə qurbanlarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Universitetin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyev xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının tarixi əhəmiyyətini vurğulamış, ermənilərin 1918–ci ildə təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Lənkəranda, Naxçıvanda, Zəngəzurda və Azərbaycanın digər bölgələrində də xüsusi qəddarlıqla törətdikləri qanlı qırğınlardan danışmışdır. Qeyd edilmişdir ki, Bakıda təkcə 3 gün ərzində 12 min azərbaycanlı qətlə yetirilmişdir.

Yığıncaq iştirakçıları əmin olduqlarını bildirmişlər ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində xalqımızın haqq işi qalib gələcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır.

Sonra Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin iştirakı ilə ədəbi-bədii kompozisiya göstərilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.