İQTİSADİYYAT
SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Mərasimdə daşnakların azərbaycanlılara qarşı müxtəlif dövrlərdə yeritdikləri soyqırımı siyasəti ilə bağlı həqiqətlər bir daha xatırlanmış, xalqımızın tarixinin bu faciəli səhifəsinin ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hər il anılmasının böyük siyasi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Göstərilmişdir ki, torpaqlarımıza göz dikən qəsbkar ermənilərin xalqımıza qarşı soyqırımı siyasəti bu gün də davam edir, lakin dövlətimizin başçısı İlham Əliyevin torpaqlarımızın azad edilməsi istiqamətində məqsədyönlü və yorulmaz fəaliyyəti hər kəsdə böyük iftixar, qürur hissi doğurur və getdikcə qüdrətlənməkdə olan Azərbaycan ordusunun torpaqlarımızı yağı düşməndən azad edəcəyinə inamı möhkəmləndirir.
Axırda beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.