İDMAN


SSRİ-nin Əməkdar məşqçisi: Azərbaycan öz ərazisində tarixi torpaqlarını işğaldan azad etmək üçün mübarizə aparır

Bakı, 13 oktyabr, AZƏRTAC

Futbol üzrə Olimpiya, yeniyetmələr arasında Avropa, gənclər arasında vitse dünya çempionu, SSRİ-nin Əməkdar məşqçisi İqor Ponomaryov Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktı ilə bağlı özünün sosial media hesabında paylaşım edib.

AZƏRTAC xəbər verir ki, İ.Ponomaryov paylaşımında 500 mindən çox insanın yaşadığı Gəncənin döyüş bölgəsindən uzaqda olduğunu bildirib. O, Ermənistanın düşünülmüş şəkildə reallaşdırdığı raket hücumunun dinc sakinləri qəfil yaxaladığını vurğulayaraq ölənlər arasında uşaq və qadınların olduğunu xüsusilə qeyd edib: “Bu, cinayətdir. Hətta müharibənin də öz qanunları var. Azərbaycan öz ərazilərində, tarixi torpaqlarını işğaldan azad etmək üçün mübarizə aparır”, - deyə İ.Ponomaryov paylaşımında bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.