İQTİSADİYYAT
“STANDARD İNSURANCE” AVTOMOBİL SIĞORTASI SAHƏSİNDƏ LİDERLİYİNİ QORUYUR
Nəqliyyat vasitələrinin konüllü sığortası sahəsində 2 il ərzində liderliyini qoruyan şirkətin cari ilin 9 ayında bu növ sığortadan yığdığı haqqın məbləği 2 milyon 507 min (artım 103,8 faiz) təşkil etmişdir.
Bu dövrdə tibbi sığortadan əldə olunan gəlirlər 500 min (artım 265 faiz), yük daşımalarından 233 min (artım 178 faiz), əmlak sığortasından 2 milyon 183 min (artım 134 faiz), məsuliyyət sığortasından 289 min (artım 92 faiz), bədbəxt hadisələrə qarşı sığortadan 57 min (artım 93 faiz) və digər sığorta növləri üzrə isə 604 min (artım 172 faiz) manat təşkil etmişdir.
Cari ilin üç rübü üzrə sığorta ödənişləri 1 milyon 76 min məbləğində qeydə alınmış, şirkətin gəlirləri isə ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 1 milyon 34 min manat təşkil etmişdir. Hesabat dövründə şirkətin nizamnamə kapitalı 2 dəfə çoxalaraq 4 milyon manat təşkil etmişdir.
Qeyd edək ki, əsas göstəricilər, o cümlədən, gəlirlilik, bir işçiyə düşən gəlir və s. göstəricilərə görə “Standard İnsurance” ölkənin 3 ən böyük şirkətindən biridir.