REGİONLAR


STEAM Tədris Mərkəzində “TinkerCad proqramı ilə 3D modelləşmə” mövzusunda ilk interaktiv dərs keçirilib

Naxçıvan, 22 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ilk dəfə muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı interaktiv dərs təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə keçilən interaktiv dərs Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzində baş tutub.

Təhsil Nazirliyinin təlimçisi Ceyran Məmmədova tərəfindən keçilən interaktiv dərsdə “TinkerCad” proqramı vasitəsilə prototip qurğuların layihələrinin hazırlanması, proqramdan istifadədə mühəndislik və dizaynerlik bacarıqlarının rolu barədə məlumat verilib. “TinkerCad” proqramı vasitəsilə modellərin hazırlanması, proqramlaşdırma və simulyasiya vasitəsilə elektron qurğular üzərində işləməyin yolları izah edilib. 3D obyektləri yaratmaq üçün kod sətirlərinin tətbiqi yolları şagirdlərə praktik öyrədilib.

İnteraktiv dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 50-dən çox təhsil müəssisəsində izlənilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli Sərəncamının icrası ilə bağlı muxtar respublikanın 50-dən çox təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, STEAM təhsil metoduna aid dərsliklər hazırlanıb, 200-dən çox müəllimə STEAM metodologiyasına aid təlimlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.