CƏMİYYƏT


STEPS-2017 sorğusu Xətai rayonunda uğurla aparılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Xətai rayonunda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yardımı ilə STEPS metodologiyası əsasında qeyri-infeksion xəstəliklərin risk amillərinə dair sorğu keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, sorğu Səhiyyə Nazirliyinin bu il martda təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın həyata keçirilməsi barədə əmrinə uyğun olaraq aparılıb.

Sorğu zamanı hər qrupda 1 həkim və 1 tibb bacısı olmaqla 10 qrupdan ibarət intervüyerlər komandası rayon sakinlərinə sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi və fiziki aktivlik haqqında suallar təqdim edərək qeyri-infeksion xəstəliklərinin risk amillərini öyrənib, iştirakçıların fiziki göstəriciləri təyin olunub. Daha sonra respondentdən biokimyəvi nümunələrin analizi, şəkərin və lipidlərin miqdarını öyrənmək məqsədilə qan, sodium və kreatinin miqdarını öyrənmək məqsədilə sidik nümunəsi götürülüb. Bütün analizlər ÜST-nin verdiyi laborator avadanlıqlar vasitəsilə aparılıb, gündəlik aparılan sorğu-sual mərhələsində əldə olunan məlumatlar dərhal planşetlər vasitəsi ilə elektron bazaya yüklənilib.

Rayon sakinləri ilə keçirilən həmin sorğu əhalinin tibbi xidmətinin yaxşılaşdırılması və sağlamlığının qorunması sahəsində mühüm addım olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.