İDMAN


STOLÜSTÜ TENNİS ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ QALİBLƏRİ MƏLUM OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, fevralın 9-da Bakı Olimpiya İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulmuşdur.
Kişilərin şəxsi birinciliyində Fərhad İsmayılov (“Neftçi”), Ramil Cəfərov (Tennis İdman Məktəbi) və Anar Məmmədov (“Xəzri”) ilk üç yeri tutmuşlar.
Qadınların mübarizəsində isə Xəyalə Qiyasova (“Aztelekom”), Rüfət Quliyeva (“Aztelekom”) və Billurə Eminova (Sumqayıt) mükafatçılar sırasına düşmüşlər.
Billurə Eminova-Sevinc Abbasova qadınların, Fərhad İsmayılov-Vaqif Məmmədov cütlüyü isə kişilərin qoşa yarışlarında birinci yeri tutmuşlar.
Qarışıq qoşa yarışlarda isə Ramil Cəfərov-Billurə Eminova dueti fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.