İDMAN


STOLÜSTÜ TENNİS ÜZRƏ “FEDERASİYA KUBOKU” UĞRUNDA YARIŞ BAŞLANMIŞDIR

AZƏRTAC xəbər verir ki, “Xəzri” idman klubunda Stolüstü Tennis Federasiyasının kuboku uğrunda yarışa start verilmişdir. Turnirin keçirilməsindən məqsəd bu idman növünü əhali arasında təbliğ etmək, gənc tennisçilərin ustalığını və yarış təcrübəsini artırmaqdır. Bakı və Sumqayıtdan 5 komandanın qatıldığı turnir iyuna qədər davam edəcəkdir.

Hər bir komanda 21 yaşınadək iki gənc və daha aşağı yaşlı üçüncü tennisçidən ibarətdir.

Dairəvi sistem üzrə keçirilən turnirin ikinci mərhələsi fevralın 11-də “Təhsil” Respublika İdman Mərkəzində olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.