İQTİSADİYYAT
SUALTI QAZ KƏMƏRİNİN İNŞASI BAŞA ÇATDIRILMIŞDIR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 186 kilometr uzunluğunda bu kəmər Səngəçal terminalından “Mərkəzi Azəri” yatağında yerləşən hasilat, qazma və yaşayış platformasının tikiləcəyi yerədək uzanır.
Səngəçal buxtasından dənizə çəkilən bu qaz kəmərinin tikintisinə ötən il dekabrın 27-də başlanmışdı. Çəkiliş zamanı 15 mindən artıq borudan istifadə olunmuşdur. Yaponiyadan gətirilmiş və Yupek-Azərbaycan zavodunda korroziyaya qarşı örtüklə və betonla üzlənmiş 12,25 metrlik borular qaynaq edilərək birləşdirilmişdir. Bundan əvvəl, yəni 2003-cü ilin dekabrında 30 düyümlük daha bir boru kəməri çəkilmişdi. Qərbi və Şərqi Azəri yataqlarından hasil ediləcək neftin nəqli üçün üçüncü kəmərin inşası 2005-ci ilə planlaşdırılmışdır.