REGİONLAR
SUDAN İSTİFADƏ ASSOSİASİYALARININ SAYI ARTIR
Ağsu rayonunun düzən ərazilərində ən ucqar yaşayış məntəqəsi olan Padar-Çöl kəndi ərazisində sudan istifadə assosiasiyası fəaliyyətə başlamışdır. Rayonda sayca 15-ci assosiasiya olan bu qurum ərazinin təsərrüfat suyu ilə təchizatında mühüm rol oynayacaqdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, yay aylarında düzən ərazidə yerləşən kəndlərin təsərrüfat suyu ilə təminatında ciddi çətinliklər yaranır. 1981-ci ildə ümummilli liderimiz Heydər Əliyevin açılışını keçirdiyi və 10 min hektardan çox sahəni suvarmağa imkan verən Yuxarı Şirvan kanalının Ağsu qolundan hələlik tam gücü ilə istifadə etmək mümkün olmadığından su probleminin həllində çətinliklər qalmaqdadır. Sudan istifadə assosiasiyaları məhz bu çətinliklərin qismən aradan qaldırılmasında xeyli iş görür. Onlar arxların təmizlənməsi, suyun bölüşdürülməsi və ondan maksimum qənaətlə, itkisiz istifadəsi məsələlərini həyata keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]