SÜKAN ARXASINDA MOBİL TELEFONLA DANIŞMAQ TƏHLÜKƏLİDİR

Sükan arxasında mobil telefonla danışmaq sərxoş vəziyyətdə maşın sürməkdən daha təhlükəlidir. Yuta Universitetinin tədqiqatçıları məhz bu nəticəyə gəlmişlər. Onlar 110 tələbə üzərində təcrübə aparmış və sübut etmişlər ki, vizual informasiyanı qavramaq qabiliyyəti və qəza vəziyyətinə reaksiya sərxoş sürücülərlə müqayisədə, başı telefon danışıqlarına qarışmış sürücülərdə daha aşağı səviyyədədır.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Amerika ştatlarının əksəriyyətində maşın hərəkətdə olarkən mobil telefonlar “hənds fri” qurğusu ilə təchiz olunmayıbsa, onlardan istifadənin qadağan edilməsi uğrunda mübarizə aparılır (“hənds fri” sürücünün telefon dəstəyini əlində tutmadan danışmasına imkan verən sistemdir). Belə qanun, məsələn, Nyu-York ştatında qəbul edilmişdir. Lakin Yuta Universitetinin alimləri əslində sübut edirlər ki, telefonu qulağa aparmaq və “hənds fri” qurğusu ilə danışmaq arasında heç də böyük fərq yoxdur: onların ikisi də eyni dərəcədə təhlükəlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.