SİYASƏT
SÜLH MƏDƏNİYYƏTİ MÖVZUSUNDA MƏŞĞƏLƏLƏR KEÇİRİLMİŞDİR
“Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” layihəsinin məqsədi Cənubi Qafqazda sülh quruculuğu prosesində iştirak edən qadınların potensial imkanlarını genişləndirməkdir.
Yığıncaqda müxtəlif dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların nümayəndələri və yeni yaradılmış Məcburi köçkün qadınların milli şəbəkəsinin üzvləri iştirak edirdilər.
YUNİFEM layihəsinin Azərbaycan üzrə milli əlaqələndiricisi Gülşən Paşayeva tədbiri açdıqdan sonra məşğələlərin aparıcıları - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun şöbə müdiri, professor Əli Abbasov və başqaları sülh mədəniyyəti mövzusunun müasir dövrdə aktuallığını vurğulamış, iştirakçılara uğurlar arzulamışlar.
Məşğələlərdə sülh mədəniyyəti anlayışı, onun əsas prinsipləri, tolerantlıq və mədəniyyətlərarası münasibətlər məsələlərinə toxunulmuş, sülh mədəniyyəti yolları araşdırılmışdır.