ELM VƏ TƏHSİL
SUMQAYITDAKI TEXNİKİ-HUMANİTAR LİSEYİN 73 MƏZUNUNDAN 65-İ TƏLƏBƏ ADI QAZANMIŞDIR
Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu il ölkəmizin ali məktəblərinə tələbə qəbulu imtahanlarında ən yüksək nəticəni Sumqayıt şəhərindəki texniki-humanitar lisey göstərmişdir. Liseyi bu il bitirən 73 məzundan 65 nəfəri tələbə adı qazanmışdır. Fərəhləndirici haldır ki, onlardan 20 nəfəri 600-dən, 42 nəfəri 500-dən çox bal toplamışdır. 19 nəfər Azərbaycan Dövlət Tibb Universitetinin tələbələri sırasına qatılmışdır.
Məktəbin builki məzunlarından biri 671,2 bal toplayaraq qəbul imtahanlarında ən yüksək nəticə əldə etmiş abituriyentlərin siyahısına düşmüşdür.
Bu lisey Sumqayıtda qaçqın və məcburi köçkünlərin daha sıx məskunlaşdığı ərazidə yerləşir və onun indiyədək 3 məzunu ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]