ELM VƏ TƏHSİL
SUMQAYITDA “BİZ SİZDƏN ÖYRƏNİRİK” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Şəhər təhsil şöbəsinin təşəbbüsü ilə Sumqayıtın tədris müəssisələrində Heydər Əliyevin xatirəsinə həsr olunmuş ən yaxşı əsər üçün müsabiqə keçirilmişdir. Onun yekunlarına görə, 30 əsər ən yaxşı iş seçilmiş və bunlar müəlliflərin fotoşəkilləri ilə birgə həmin kitaba daxil edilmişdir.
Mərasimdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev, müsabiqədə fərqlənmiş məktəbliləri təbrik edərək demişdir ki, daxili və xarici siyasətimizdəki bütün nailiyyətlər, ölkədəki sabitlik, iqtisadiyyatda, mədəniyyətdə, təhsildə, quruculuqda və milli ordunun formalaşmasında əldə olunmuş uğurlar bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır və bu siyasət indi də davam etdirilir.
Təqdimatda əsəri topluya daxil edilmiş məktəblilərə xatirə olaraq kitabın nüsxələri verilmişdir.