İQTİSADİYYAT
SUMQAYITDA ELEKTRİK STANSİYASI TİKİNTİSİNİN MƏSLƏHƏTÇİ ŞİRKƏTİ MÜƏYYƏN EDİLİR
“Azərenerji” Səhmdar Cəmiyyəti Sumqayıtda 400-500 mVt gücündə yeni buxar-qaz qurğusu (BQQ) tikintisinin maliyyə məsləhətçisini müəyyənləşdirmək üçün təkliflərin qəbuluna başlandığını elan etmişdir.
SC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqəyə beynəlxalq maliyyə təsisatlarına məsləhət vermək yaxud xarici sərmayələr cəlb etmək təcrübəsinə malik olan şirkətlər dəvət olunur.
Mətbuat xidmətində demişlər ki, Yeni qurğu Sumqayıtdakı 1 və 2 nömrəli istilik elektrik mərkəzlərinin ərazisində tikiləcəkdir.
Xatırladaq ki, gözlənilən müsabiqənin potensial iddiaçıları - Almaniyanın Siemens, İsveçrənin Alston, Türkiyənin Enka, Yaponiyanın Nichemen və Mitsui, İsveçrə-İsveçin ABB şirkətləri, habelə Qərbi Avropanın və ABŞ-ın bir sıra şirkətləri artıq həmin layihə üzrə texniki və maliyyə təkliflərinin təqdimatını keçirmişlər.