İQTİSADİYYAT


SUMQAYITDA REABİLİTASİYA MƏRKƏZİ TİKİLƏCƏK

Sumqayıtda Qarabağ müharibəsi əlilləri üçün reabilitasiya mərkəzi tikiləcəkdir.

Bunu AZƏRTAC-ın müxbirinə şəhərin baş memarı vəzifəsini icra edən Vadim Surxayev bildirmişdir. Layihəni gerçəkləşdirəcək Əmək və Əhalinin Sosial Təminatı Nazirliyinin rəhbərliyi ilə birgə gələcək mərkəz üçün yer də ayrılmışdır. İndi layihə hazırlanır və mərkəzin smeta dəyəri müəyyənləşdirilir. Nazirlik 4 min kvadratmetr sahədə reabilitasiya mərkəzi ilə yanaşı, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 36 mənzilli yaşayış evi inşa etməyi də nəzərdə tutmuşdur. V.Surxayevin sözlərinə görə, Sumqayıtda bu təbəqədən olan əhali üçün artıq iki belə bina tikilib istifadəyə verilmişdir.

Mərkəzi və yaşayış evini bu ilin sonlarında istifadəyə vermək planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.