SİYASƏT


SUMQAYITDA ZONA MÜŞAVİRƏSİ VƏ MÜVƏQQƏTİ SAXLANMA TƏCRİDXANASINA BAXIŞ KEÇİRİLMİŞDİR

Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Sumqayıt Şəhər Polis İdarəsində on bir rayonun daxili işlər orqanlarının əməkdaşları üçün zona seminar-müşavirəsi keçirmişdir. Tədbirdən məqsəd insan hüquqlarının təmin edilməsi, müvəqqəti saxlanma təcridxanalarında şübhəli və ya təqsirli bilinən şəxs qismində saxlanılanların şəraitinin yoxlanılması, onlarla rəftarda qanuna riayət edilməsinin vəziyyətinin araşdırılması, polis əməkdaşlarının hüquqi cəhətdən maarifləndirilməsidir.

Seminardan sonra ombudsman Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına (MST) baxış keçirmişdir.

E.Süleymanova baxışdan sonra saxlanılanlarla ayrı-ayrılıqda söhbət etmişdir. Saxlanılan şəxslər onlara qarşı heç bir qanun pozuntusuna yol verilmədiyini, hüquqlarının pozulmadığını bildirmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.