İDMAN
SUMQAYIT İDMANÇILARI 2006-CI İLDƏ YÜKSƏK NƏTİCƏLƏR ƏLDƏ ETMİŞLƏR
İdarənin rəisi Musa Həsənov idmançıları və məşqçiləri Dünya azərbaycanlılarının Həmrəyliyi günü, Qurban bayramı və Yeni il münasibətilə təbrik edərək bildirmişdir ki, şəhərdə 10 minə yaxın adam idman və bədən tərbiyəsi ilə məşğul olur. Onların yarısından çoxu uşaq və gənclərdir.
O demişdir ki, V Respublika gənclər oyunlarının final mərhələsində Sumqayıt idmançıları fəxri ikinci yer tutmuşlar. Cudo, yüngül atletika və stolüstü tennis üzrə yeniyetmələrdən ibarət komandalar V Respublika oyunlarının çempionları olmuşlar. Otüstü xokkey komandası və şəhər şahmatçıları da ili parlaq qələbələrlə başa çatdırmışlar. Xokkeyçilər güçlülər liqasında birinci yeri tutmuş, şahmatçılar isə ölkə çempionu adını qazanmışlar.
Sonda fərqlənənlərə qiymətli hədiyyələr təqdim edilmişdir.