SİYASƏT
SUMQAYIT QADINLARI “YENİ AZƏRBAYCAN NAMİNƏ” İCTİMAİ HƏRƏKATA QOŞULMUŞLAR
Sumqayıtın qadın təşkilatları “Yeni Azərbaycan naminə” ictimai hərəkata qoşulmaq barədə qərar qəbul etmişlər.
Şəhərin müxtəlif qadın təşkilatlarının nümayəndələri bununla bağlı keçirilən yığıncaqda çıxış edərək, respublika ağsaqqalları və ziyalıları tərəfindən iyulun 4-də yaradılmış “Yeni Azərbaycan naminə” ictimai hərəkata qoşulmaq arzusunda olduqlarını bildirmişlər. Onlar Azərbaycan Prezidenti Heydər Əliyevin müstəqil Azərbaycanın yaradılmasında, təşəkkülündə və inkişafında misilsiz rolunu vurğulamışlar. Çıxış edənlər bu hərəkatın ideya və məqsədlərini dəstəklədiklərini, oktyabrın 15-də keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı, müdrik siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin namizədliyinin hamılıqla bəyənildiyini nəzərə çarpdırmışlar.
Yığıncaq iştirakçıları Azərbaycan Prezidentinə müraciət qəbul etmişlər.