ELM VƏ TƏHSİL
SUMQAYIT TƏCRÜBİ MƏKTƏBİNDƏ İNTERAKTİV TƏLİM SİSTEMİ TƏTBİQ EDİLMİŞDİR
İkinci ildir təcrübi məktəb sistemində fəaliyyət göstərən 25 nömrəli Sumqayıt şəhər orta məktəbində ümumrespublika seminarı keçirilmişdir.
Tədbir iştirakçıları həmin məktəbdə uğurla tətbiq edilən qabaqcıl, keyfiyyətcə yeni, interaktiv (qarşılıqlı fəaliyyət) təlin üsulu ilə tanış olmuşlar.
Artıq ikinci ildir ki, Təhsil Nazirliyinin tövsiyəsi ilə 20 məktəb eksperiment rejimində işləyir. Onlar dünya təhsil sisteminin qabaqcıl üsullarını öyrənərək, öz məktəblərində tətbiq edirlər. Müsbət nəticələr alınarsa, gələcəkdə bu təcrübə ümumiləşdirilərək, ölkəmizin təhsil stistemində tətbiq olunacaqdır.
Seminarın işində təhsil naziri Misir Mərdanov, təhsil islahatları üzrə idarəetmə layihəsi qrupunun direktoru Asif Cahangirov, habelə şəhər icra hakimiyyətinin və təhsil şöbəsinin rəhbərləri iştirak etmişlər.