MƏDƏNİYYƏT
SUMQAYIT TEATRININ UĞURU
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı “İbrus” teatrında keçirilən “Boş məkanın bütövlüyü” festivalında uğurla çıxış etmişdir. Festivalın şərtləri onun adına uyğun gəlirdi. Tamaşa, işıq və musiqi istisna olmaqla, teatrın digər atributlarının olmadığı boş məkanda keçirilməli idi.
Teatrın direktoru Mehman Şükürov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, sumqayıtlılar Çingiz Aytmatovun “Dənizin kənarı ilə qaçan alabaş” əsəri əsasında hazırladıqları “Ümid sahili” tamaşasını göstərmişlər. Festivalın şərtlərinə görə, bu mürəkkəb psixoloji dram əsəri 5 aktyorun iştirakı ilə bir saata yaxın davam etmişdir. M.Şükürov demişdir ki, tamaşa teatrın baş rejissoru Firudin Məhərrəmovun seçdiyi uğurlu aktyor ansamblına görə fərqlənmişdir.
Hazırda teatrda gürcü yazıçısı Nodar Dumbadzenin pyesi üzərində iş gedir. Tamaşanı Gürcüstanda keçiriləcək teatr festivalında göstərmək nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]