CƏMİYYƏT


SURAXANI RAYONU EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN MÜSABİQƏSİNDƏ FƏAL İŞTİRAK EDİR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Gözəl şəhər, təmiz kənd və layiqli vətəndaş” müsabiqəsi çərçivəsində ekspertlərin bölgələrə reydləri davam edir. AZƏRTAC xəbər verir ki, KİV nümayəndələrinin və ekoloqların iştirakı ilə paytaxtın Əzizbəyov və Suraxanı rayonlarına reydlər keçirilmişdir. Reyd zamanı müəyyən edilmişdir ki, Əzizbəyov rayonu ərazisində məişət tullantılarının şəhərdən kənara çıxarılması ilə bağlı vəziyyət normadadır və bunun üçün hər cür lazımi texnika vardır.

Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüşdə müsabiqə çərçivəsində görülmüş tədbirlər barədə məlumat verilmişdir. Rayon mənzil-kommunal birliyinin rəisi Mais Məmmədov jurnalistlərlə söhbətində demişdir ki, rayon ərazisində iki ayda bir dəfə ən təmiz və abadlaşdırılmış həyət adı üçün müsabiqə keçirilir. Rayonun icra hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə məişət tullantılarını qablaşdırmaq üçün əhaliyə polietilen qablar verilməsinə dair layihəni həyata keçirməyə başlamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.