SİYASƏT
SURİYA PREZİDENTİNİ DƏSTƏKLƏYƏN KÜTLƏVİ NÜMAYİŞLƏRDƏ BEŞ MİLYONDAN ÇOX ADAM İŞTİRAK ETMİŞDİR
Əllərində milli bayraqlar, dövlət başçısının portretlərini, ABŞ və İsraili pisləyən transparantlar aparan nümayişçilər “Livanın sabiq Baş naziri Rəfiq Həririnin qətlə yetirilməsində guya Dəməşqin əli olması barədə bəyanatlarla əlaqədar Suriyaya böhtanları” rədd etmişlər. Onlar Livanın görkəmli siyasətçisinin öldürülməsinin təhqiqi üzrə BMT komissiyasının başçısı, almaniyalı detektiv Detlev Mexlisin təqdim etdiyi məruzəni “saxtalaşdırılmış sənəd” adlandırmışlar.
Bəşşar Əsəd bir gün əvvəl alman jurnalistlərə müsahibəsində demişdir ki, “Rəfiq Həririnin qətlində Suriyanın əli olmadığına 100 faiz əmindir”. Prezident BMT Təhlükəsizlik Şurasının üzvlərinə məktub göndərərək, alman detektivin məruzəsi barədə Suriyanın rəsmi mövqeyini izah etmişdir.