SÜRÜCÜLƏR BALIQ VƏ SPİRT ALVERİ İLƏ MƏŞĞULDURLAR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a demişlər ki, Tovuzun
“Sınıq körpü” postunda Gürcüstandan respublikamıza gələn “İkarus” markalı SKS-263 dövlət nömrə nişanlı sərnişin avtobusuna baxış zamanı sürücü, qonşu ölkənin vətəndaşı Vaqif Nuriyevə məxsus 625 kiloqram balıq tutulmuşdur.
“Setra S-215” markalı digər şərnişin avtobusunu etibarnamə ilə idarə edən Gürcüstan vətəndaşı İsa Vəliyevdə isə 75 kiloqram balıq və 27 litr spirt aşkarlanmışdır.