İQTİSADİYYAT
“ŞUŞANI QAYTARACAĞIQ!”
DAƏŞ-in icraçı katibi Eliza İsmayılova, politoloq Rövşən Novruzoğlu, Qarabağ müharibəsi veteranı Növrəstə Yusifova və başqaları ermənilərin, onların havadarlarının torpaqlarımızda törətdikləri qanlı faciələr barədə həqiqətləri diqqətə çatdırmış, mənfur qonşularımızın məkrli planlarını indi də həyata keçirdiklərini bildirmişlər. Böyük şairimiz Molla Pənah Vaqifin Şuşadakı türbəsinin, Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyinin, həmçinin, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə müzeylərinin, 31 kitabxananın, 17 klubun, 8 mədəniyyət evinin, məscidlərin dağıdıldığı, viran edildiyi vurğulanmışdır. Xalqımızın haqq işinin qalib gələcəyinə əmin olduqlarını söyləyən natiqlər bildirmişlər ki, biz işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etməyə hər an hazır olmalı, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə diqqəti daha da artırmalıyıq.
Tədbirdə Qarabağ müharibəsi iştirakçısı Əlövsət Qasımovun erməni vəhşiliklərini, vandalizmini əks etdirən fotosərgisi nümayiş olunmuşdur.