İQTİSADİYYAT
“ŞUŞANI QAYTARACAĞIQ!”
Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər ermənilərin, onların havadarlarının törətdikləri qanlı faciələr barədə danışmış, mənfur qonşularımızın məkrli planlarını indi də davam etdirdiklərini bildirmişlər. Böyük şairimiz Molla Pənah Vaqifin Şuşadakı türbəsinin, xalça muzeyinin, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə müzeylərinin, 31 kitabxananın, 17 klubun, 8 mədəniyyət evinin, məscidlərin dağıdıldığı, viran edildiyi vurğulanmışdır.
Xalqımızın haqq işinin qalib gələcəyinə əmin olduqlarını söyləyən natiqlər bildirmişlər ki, biz işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etməyə hər an hazır olmalı, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə diqqəti daha da artırmalıyıq.
Tədbirdə Qarabağ müharibəsinin iştirakçısı Əlövsət Qasımovun erməni vəhşiliklərini, vandalizmini əks etdirən fotosərgisi nümayiş olunmuşdur.