MƏDƏNİYYƏT


ŞUŞA DRAM TEATRININ “MUSİQİLİ MƏKTUBLAR”I

Şuşa Dövlət Musiqili Dram Teatrında Firuz Mustafanın “Musiqili məktublar” dramının səhnələşdirilməsi üzərində yaradıcılıq işləri başa çatmışdır.

Teatrın direktor müavini Azad Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, süjet xətti bir ailənin həyatında baş verən hadisələr üzərində qurulmuş yeni tamaşanın rejissoru Vaqif Azəryar, rəssamı Valeh Məmmədovdur.

Tamaşada əsas rolları əməkdar artist Şükufə Musayeva, aktyorlar Aybəniz Əhmədova, Gülnarə Mirzəyeva və Azad Məmmədov oynayacaqlar.

İlk tamaşa fevral ayının əvvəllərində Dövlət Gənc Tamaşaçılar Teatrında olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.