SU, BOLLUQ DEMƏKDİR
Ağstafa rayonunun Aşağı Kəsəmən kəndinə Həsənsu çayından 1750 metr uzunluğunda yeni su xətti çəkilmişdir. Rayon rəhbərliyinin təşəbbüsü ilə Ağstafa Suvarma Sistemləri İdarəsinin kollektivi tərəfindən çəkilən yeni su xətti Aşağı Kəsəmən və Zəlimxan kəndlərində 200 hektardan artıq əkin sahəsini suvarmağa imkan verəcəkdir.
Su xəttinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər son vaxtlar respublikanın hər yerində olduğu kimi, Ağstafa rayonunda da aparılan tikinti-abadlıq və yenidənqurma işlərinin genişləndiyini vurğulamışlar. Mərasim iştirakçıları qarşıdan gələn seçkilərdə ağstafalıların fəal iştirak edərək, bu dəfə də Prezidentimiz Heydər Əliyevə səs verəcəklərini bildirmişlər.