DÜNYA
ŞVARTSENEGGER MOTOSİKLET SÜRÜCÜSÜ VƏSİQƏSİ ALMAQ ÜÇÜN İMTAHAN VERMİŞDİR
Xatırladaq ki, Şvartsenegger altı ay əvvəl kolyaskasında 12 yaşlı oğlunun əyləşdiyi öz Harley-Davidson motosikletində iri minik maşını ilə toqquşaraq, ciddi qəzaya uğramışdı. Bu hadisədən sonra məlum olmuşdur ki, Kaliforniya qubernatorunun motosikleti idarə etmək üçün lisenziyası yoxdur, lakin ona qarşı formal olaraq heç bir sanksiya tətbiq edilməmişdir, çünki Arnold ikitəkərli yox, üçtəkərli nəqliyyat vasitəsini idarə etmişdi ki, bu da mövcud qanunvericiliyə zidd deyildi.
Qubernatorun mətbuat xidməti nümayəndəsinin sözlərinə görə, dövlət işləri və lisenziyasının yoxluğu mane olduğu üçün Şvartsenegger yanvarda baş vermiş qəzadan sonra motosikletinin sükanı arxasında oturmamışdı. İndi isə Arnold öz kolleksiyasında olan Harley-Davidson motosikletlərinin hər hansı birini rahatca sürə bilər.