DÜNYA


“S&P Global Platts”: ABŞ-dakı aktiv qazma qurğularının sayı 1071-ə düşüb

Bakı, 10 may, AZƏRTAC

Birləşmiş Ştatlarda aktiv qazma qurğularının sayı azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “S&P Global Platts” məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 13 ədəd azalaraq 1071 olub. Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 7 ədəd geriləyərək 853 olub. Aktiv qaz qazma qurğularının sayı isə 6 ədəd azalaraq 218 olub.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.