SİYASƏT


“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb

Naxçıvan, 21 mart, AZƏRTAC

Əhalinin rahatlığının təmin olunmasında və turizm infrastrukturunun inkişafında vacib məsələlərdən biri də müasir xidmət sahələrinin yaradılmasıdır. Muxtar respublikada turistlərin tələbatına uyğun xidmət sahələrinin yaradılması əsas hədəflərdəndir. Hazırda Naxçıvan şəhərində “Saat Meydanı” Kompleksi inşa olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksdə olub, görülən işlərlə maraqlanıb.

Bildirilib ki, ümumi sahəsi 10 min kvadratmetr olan kompleks dairəvi formada tikilmiş ikimərtəbəli binadan, 6 metrlik saat qülləsindən və meydandan ibarətdir. Binanın birinci mərtəbəsində 4 restoran və 1 kafe fəaliyyət göstərəcək, sakinlərə və turistlərə Naxçıvan, eləcə də Türkiyə, Çin, gürcü, yapon, ingilis mətbəxlərinin nümunələri təqdim olunacaqdır. Gənclərin asudə vaxt keçirtmələri üçün hərtərəfli şərait yaradılacaq, 3 kinoteatr istifadəyə veriləcəkdir. Həmçinin burada geyim və hədiyyə dükanları, uşaq əyləncə bölməsi fəaliyyət göstərəcəkdir.

Binanın ikinci mərtəbəsində 43 standart, 4 suit və 1 vip olmaqla 48 otaqlı otel yerləşir. Müasir memarlıq üslubunda inşa olunmuş kompleksin meydanında isə konsert səhnəsi və fəvvarə qurulub. Ərazidə oturacaqlar qoyulacaq, dekorativ ağac və güllər əkiləcəkdir.

Ali Məclisin Sədri gənclərin və turistlərin maraqlarının nəzərə alınması, xidmət sahələrində kitab mütaliəsi üçün şəraitin yaradılması və yerli ərzaq məhsullarının satışının təşkil olunması barədə tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.