CƏMİYYƏT


Saatlı rayon sakinlərindən üç kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb

Bakı, 26 oktyabr, AZƏRTAC

Saatlı rayon sakinləri, əvvəllər məhkum olunmuş - Şirinbəyli kənd sakini E.Həsənov və Qara Nuru kənd sakini N.Abıyev Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarış zamanı E.Həsənovdan 195 qram, yaşadığı evə baxış zamanı isə 3 kiloqram 140 qram, N.Abıyevdən isə 7 qrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.