CƏMİYYƏT


Saatlı rayonunda fəhlənin təmir-tikinti işləri zamanı xəsarət alıb ölməsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 22-də saat 14 radələrində Saatlı rayonunun Varxankənd kəndi ərazisində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Saatlı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla fəhlə işləyən 1986-cı il təvəllüdlü Rəmzi Məmiyevin rayonun Varxankənd kəndi ərazisində yerləşən quşçuluq müəssisəsinin binasının dam örtüyünü yeniləyərkən həmin binanın dam hissəsindən yerə aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində öldüyü müəyyənləşib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.