REGİONLAR


Saatlı rayonunun pambıqçıları indiyədək məntəqələrə  17 min tondan çox məhsul təhvil veriblər

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-dək ölkə üzrə 111 min 174,63 ton pambıq tədarük olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün 4379,89 ton pambıq təhvil verilib.

Saatlı rayonunda 17320,90 ton, Biləsuvarda 12673,82 ton, Sabirabadda 10730,30 ton pambıq tədarük edilib.

Xatırladaq ki, 2016-cı ildə ölkə üzrə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.

AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 21-nə olan operativ məlumatı təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.