CƏMİYYƏT


Saatlı sakinindən narkotik maddə götürülüb

Bakı, 8 may, AZƏRTAC 

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Saatlı rayonu Azadkənd kənd sakini Zeyqəm Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Onun üzərində axtarış aparılan zaman əlindəki polietilen torbadan 265 qram, ona məxsus fərdi yaşayış evinin həyətindəki tikilidən isə 130 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.