REGİONLAR
Saatlıda 18 min hektardan çox yazlıq bitkilər əkilib
Saatlı, 4 iyun, Mahir Babayev, AZƏRTAC
Saatlıda məhsul istehsalçıları 18 min 556 hektar sahədə yazlıq bitkilərin əkinini aparırlar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əkin aparılmış sahələrin 1282 hektarını yonca, 636 hektarını qarğıdalı, 788 hektarını tərəvəz, 308 hektarını kartof, 1905 hektarını bostan, 36 hektarını şəkər çuğunduru, 45.5 hektarını isə paxlalı bitkilər təşkil edir.
Bu mövsüm, həmçinin rayonda 13 min 741 hektarda pambıq da əkilib. Çiyid səpinini vaxtında başa çatdıran “ağ qızıl” ustaları artıq sahələrdə becərmə işlərinə başlayıblar. Hazırda bitki alaq otlarından təmizlənir, suvarılır, cərgələrarası seyrəltmə işləri aparılır və digər aqrotexniki tədbirlər həyata keçirilir.
Qeyd edək ki, ötən il saatlılı pambıqçılar pambıq sahələrindən 30 min 439 ton pambıq toplayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]